Tanınmış iş adamı qaçırıldı - 15 milyon pul istədilər

11:53 - 17 Sentyabr 2025

Tanınmış iş adamı qaçırıldı - 15 milyon pul istədilər

İzmirdə tekstil biznesmeni qaçırılaraq İstanbula gətirilib. Onu oğurlayanlar 15 milyon lirə fidyə tələb ediblər. Polis onu Bağcılarda keçirdiyi əməliyyatla xilas edib.


Manşet.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, polisə müraciət edən iş adamı A.A-nın yaxınları ondan xəbər almadıqlarını bildirərək kömək istəyiblər.

Araşdırmalarda AA-nın qaçıranlar tərəfindən İstanbula aparıldığı öyrənilib.

İstanbul Polis Şöbəsinə məlumat daxil olduqdan sonra Oğurluq Bürosunun qrupları araşdırmaya başlayıb.

Qaçırılan A.A-nın əvvəlcə Bursanın Karacabey rayonuna gətirilərək İstanbuldan gələn digər şübhəlilərə təhvil verildiyi müəyyən edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az