“Qremmi” mükafatı laureatı müğənni və bəstəkar Brett Ceyms Şimali Karolina ştatında təyyarə qəzasında həlak olub.
Manset.az xəbər verir ki, bu barədə məlumat New York Post-da yer alıb.
Bildirilir ki, 57 yaşlı amerikalı musiqiçi Neşvildəki Con C.Tun hava limanından havaya qalxan təkmühərrikli “Cirrus SR22T” təyyarəsinin göyərtəsində olan üç sərnişindən biri olub. Təyyarə Şimali Karolina ştatının Franklin şəhərində açıq sahədə qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan hər üç nəfər həlak olub.