Peru'nun cənubunda yerləşən Arequipa şəhərində, şəhərlərarası bir yolcu otobüsünün uçuruma yuvarlanması nəticəsində 37 nəfər həyatını itiirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Ocona bölgəsində baş verib. Məlumatlara görə, otobüs, otoyolda hərəkət edərkən bir minibüs ilə toqquşmuş və ardından uçuruma düşmüşdür.
Hadisə yerinə çox sayda səhiyyə və yanğınsöndürən qrupları göndərilmişdir. Qəza nəticəsində 37 nəfər həyatını itirərkən, 13 nəfərin yaralandığı qeyd olunub. Yaralılar təcili tibbi yardım ilə yaxın xəstəxanalara çatdırılıb.
Peru polisi, qəzanın səbəblərini araşdırmaq üçün rəsmi təhqiqat başladığını açıqlayıb.