Binada böyük yanğın - Çox sayda həlak olan var

16:59 - 26 Noyabr 2025

Binada böyük yanğın - Çox sayda həlak olan var

Hong Kongun Tai Po bölgəsindəki göydələn kompleksində böyük bir yanğın baş verib. Yangın nəticəsində içəridə qalanların olduğu bildirilir. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan 4 nəfər xilas edilə bilməyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hong Kongun şimalındakı Tai Po bölgəsində yerləşən göydələndə yanğın çıxıb. Dövlət yayımçısı RTHK polisə istinadən verdiyi xəbərdə, binada bir neçə şəxsin mahsur qaldığını qeyd edib. Yangında ağır yanıq xəsarətləri nəticəsində 4 nəfər həyatını itirib, bir neçə yanğınsöndürən isə xəsarət alıb.

Təcili yardım komandaları yanğınla mübarizəni davam etdirir, rəsmi orqanlar həm binadakı sakinləri təxliyə etməyə, həm də içəridə qalanlara yardım etməyə çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az