Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətində güclü bir partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yayılmış görüntülərdə, bölgədən qalxan tüstülər görünür, partlayış nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilir.
Suriyanın İdlib vilayətinin şimalındakı Kefertaharim kəndində, hələlik səbəbi məlum olmayan güclü bir partlayış səsi eşidilib. Partlayışdan sonra bölgədə sıx tüstü qalxıb.
Suriya dövlət televizyonu "İhbariye"nin məlumatına görə, partlayışda 5 mülki vətəndaş həyatını itirib.