Televiziya ekranlarının tanınmış siması Handə Erçel 32-ci ad gününü qeyd edib. Aktrisanın ad günü tortunun üzərində yazılan sözlər isə sosial şəbəkə istifadəçiləri tərəfindən onun üç ay əvvəl ayrıldığı keçmiş sevgilisi Hakan Sabancıya eyham kimi dəyərləndirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, gözəl aktrisanın ad günü tortu qısa müddətdə sosial mediada diqqət çəkərək müzakirələrə səbəb olub. Bir sosial şəbəkə istifadəçisi tortun üzərindəki yazının Sabancıya ünvanlanmış mesaj olduğunu iddia edib.
Ayrılıq barədə heç vaxt danışmayan Erçel ötən axşam 32 yaşını yaxın dostları ilə birlikdə qeyd edib. Tədbirdən sonra açıqlama verən aktrisa belə deyib:
“Bu il mənə çox gözəl şeylər qazandırdı. Arzu etdiyim nə varsa gerçəkləşən bir yaş oldu.”