United Airlines-ın London–Vaşinqton uçuşu, sərnişinin oturacağa sıxışan noutbukunun yanğın riski yaratması səbəbilə Dublinə təcili eniş etdi. Lityum batareyanın qızıb yanğın törətmə riski olduğundan pilotlar təhlükəsizlik məqsədilə eniş qərarı veriblər.
Manset.az dünya mətbuatına istinadən xəbər verir ki, Boeing 767 tipli təyyarə Dublinə endikdən sonra texniki komanda noutbuku çıxarıb yoxlamalar aparıb. Uçuş yenidən başladılıb və təyyarə Vaşinqtona təxminən 5 saat gecikmə ilə çatıb. Təyyarədə 100 sərnişin və 10 ekipaj üzvü vardı.
United oktyabr ayında da oxşar hadisəyə görə uçuşunu geri çevirmişdi.