Məşhur aktrisa Hande Erçel, Moskvadakı film təqdimatında şəkil çəkmək istəyən kiçik bir izləyicisinə müdaxilə edən mühafizəçiyə etiraz edib. Erçelin bu davranışı qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, sosial medianın ən çox izlənilən simalarından biri olan Hande Erçel, həm şəxsi həyatı, həm də karyerası ilə tez-tez diqqət mərkəzinə gəlir.
Bu dəfə o, tamamilə fərqli bir mövzuda gündəmə gəlib.
25 noyabrda yayımlanacaq olan "İki dünya, bir arzu" filminin Rusiyadakı təqdimatına qatılmaq üçün Moskvaya yollanan aktrisa, mühafizəçiləri ilə birlikdə tədbir yerinə yaxınlaşarkən bir kiçik azarkeşin ona yaxınlaşmağa çalışdığını gördü. Hande Erçel, mühafizəçisinin bu kiçik azarkeşə qarşı sərgilədiyi kobud münasibəti görərək dərhal müdaxilə etdi və "Dayan, dayan, dayan!" deyərək ona reaksiya verdi. Aktrisa, azarkeşi özünə yaxınlaşdırdı və onu nəzakətlə önünə aldı.
Aktrisanın bu davranışı sosial mediada böyük bir alqış topladı.