Qadağan olunmuş maddə testi müsbət çıxan məşhur müğənni İrem Derici ifadə vermək üçün gəldiyi məhkəmədə kameraların qarşısında söylədiyi “Çox gözəl olduğuma görə barəmdə iş açıblar, ifadə verməyə gedirəm” sözləri ilə hətta təhlükəsizlik əməkdaşlarını belə güldürüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun 8 oktyabr çərşənbə günü başladığı istintaq çərçivəsində “yasaq maddə istifadə etmək” ittihamı ilə barəsində araşdırma aparılan müğənnilər, tanınmış sosial şəbəkə simaları və aktyorların da daxil olduğu 19 nəfər ifadələrinin alınması üçün İstanbul İl Jandarması Komandanlığına aparılmışdı.