İndoneziyada güclü zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mərkəzləri Şimali Maluku Adasının Ternate şəhəri sahillərində olan 7.4 bal gücündə zəlzələ qeydə alınıb.
Mühüm tsunami xəbərdarlığının yayılmasına səbəb olan bu zəlzələdə ilkin məlumatlara görə ən azı bir nəfər həyatını itirib, bir çox insan isə yaralanıb. Bir sıra bölgələrdə maddi ziyan meydana gəlib.
Zəlzələ yerli vaxtla saat 06:48-də olub. ABŞ Geoloji Tədqiqatlar Qurumu zəlzələnin 35 kilometrlik dərinlikdə baş verdiyini açıqlayıb, həmçinin Havai mərkəzli Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi (PTWC) Endoneziya, Filippin və Malayziya sahilləri boyunca tsunami dalğalarının meydana gəlməsi ehtimalı barədə xəbərdarlıq edib.