Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Malatya vilayətinin Akçadağ rayonunda 4,1 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 10:26-da qeydə alınıb. Zəlzələnin episentri Akçadağ rayonu olub.
AFAD-ın yaydığı məlumata əsasən, zəlzələnin ocağı 11,46 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.