logo
logo logo
logo

Bu ölkədə 16 yaşdan kiçiklərə sosial media qadağası

15:04 - 24 İyul 2026

Bu ölkədə 16 yaşdan kiçiklərə sosial media qadağası

Vyetnam parlamentinə uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, 16 yaşdan aşağı şəxslərin valideynlərinin icazəsi olmadan sosial mediada paylaşım etməsi, paylaşımlara rəy yazması və ya reaksiya verməsi məhdudlaşdırılacaq.

Bundan başqa, sosial media hesablarının Vyetnamda qeydiyyata alınmış mobil telefon nömrəsi vasitəsilə təsdiqlənməsi tələb olunacaq. Valideynlər və ya qanuni nümayəndələr uşaqların sosial media platformalarındakı fəaliyyətinə görə məsuliyyət daşıyacaqlar.

Layihədə həmçinin sosial media şirkətlərindən zərərli məzmunu nəzarətdə saxlamaları və uşaqların bu cür materiallara çıxışının qarşısını almaları tələb olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az