logo
logo logo
logo

Fransada 116 min hektar ərazi külə döndü

12:59 - 28 İyul 2026

Fransada 116 min hektar ərazi külə döndü

Fransa tarixinin ən böyük meşə yanğınlarından birini yaşayır. Ölkədə ilin əvvəlindən bəri 116 min hektardan çox ərazi alovlara təslim olub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, ölkə üzrə bu il 13 min 566 yanğın qeydə alınıb. Onun sözlərinə görə, yanan ərazinin sahəsi Paris şəhər mərkəzinin təxminən 11 qatına bərabərdir.

Nazir qeyd edib ki, Gironde vilayətində ötən həftə başlayan yanğınlar nəticəsində artıq 42 min hektar ərazi yanıb. Yanğının söndürülməsinə 2 500-dən çox yanğınsöndürən və 18 hava vasitəsi cəlb olunsa da, alov hələ də nəzarət altına alınmayıb.

Hazırda Gironde ilə yanaşı, Landes, Var və Haute-Corse vilayətlərində də yanğınlar davam edir. Təbii fəlakət səbəbindən 200 mindən çox sakin təxliyə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az