logo
logo logo
logo

"Avropanın müdafiə imkanlarında böyük boşluqlar var" - Kallas 

17:21 - 28 Sentyabr 2026

\"Avropanın müdafiə imkanlarında böyük boşluqlar var\" - Kallas 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropanın müdafiə imkanlarında ciddi boşluqların olduğunu və diqqətin bu boşluqların necə aradan qaldırılmasına yönəldilməli olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kallas Brüsseldə Aİ müdafiə nazirlərinin toplantısından əvvəl jurnalistlərə açıqlama verib.

O, toplantıda Avropa Müdafiə Agentliyinin (EDA) hazırladığı Aİ-nin müdafiə hazırlığının vəziyyəti ilə bağlı hesabatı müzakirə edəcəklərini bildirib. Kallas qeyd edib ki, müdafiəyə yatırımlar artırılıb, lakin müdafiə imkanlarında hələ də ciddi çatışmazlıqlar mövcuddur və indi əsas diqqət onların praktiki olaraq necə aradan qaldırılmasına yönəldilməlidir.

Kallas üzv ölkələrin ümumilikdə ümumi daxili məhsullarının orta hesabla 2,2 faizini müdafiəyə ayırdığını və bunun özlüyündə çəkindirmə amili yaratdığını deyib.

Kallas kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın Aİ-ni Ukraynaya göstərdiyi dəstəkdən «imtina etməyə məcbur etmək» məqsədilə təxribatlar planlaşdırdığını bildirib və bu məsələdə ehtiyatlı olmağın vacibliyini vurğulayıb.

Ukraynanın təcili olaraq hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirən Kallas üzv ölkələrin malik olduğu ehtiyatların Kiyevə necə çatdırıla biləcəyini müzakirə edəcəklərini söyləyib.

Kallas Aİ ölkələrinin iş adamları Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması barədə razılığa gəlməsini «kədərli qərar» adlandırıb. Eyni zamanda, 3 mindən çox şəxs və quruma qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 36 ay müddətinə uzadılmasını «müsbət inkişaf» kimi qiymətləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az