logo
logo logo
logo

ABŞ-də aralıq seçkiləri başladı - Seçicilər məntəqələrə üz tutur

16:57 - 03 Noyabr 2026

ABŞ-də aralıq seçkiləri başladı - Seçicilər məntəqələrə üz tutur

ABŞ-də Prezident Donald Tramp administrasiyasının qanunvericilik səlahiyyəti və Konqresdəki siyasi balansı baxımından həlledici olacaq aralıq seçkilərdə seçicilər səsvermə üçün məntəqələrə gəlməyə başlayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ştatlarda bu gün 435 yerlik Nümayəndələr Palatasının tam heyəti, həmçinin 100 yerlik Senatın 35 yeri üçün seçkilər keçirilir.

Ölkədəki aralıq seçkilər çərçivəsində ilk olaraq Konnektikut, İndiana, Kentukki, Men, Nyu-Hempşir, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarında yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə saat 14:00) səsvermə prosesi başlanıb.

ABŞ-nin digər ştatlarında isə saat qurşaqlarındakı fərqlərə görə səsvermə müxtəlif vaxtlarda başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az