ABŞ-nin əyləncə sənayesinin nəhəng şirkətlərindən biri olan "Walt Disney" illik xərclərində 20 faiz qənaət etmək məqsədilə minlərlə işçisini ixtisar etməyi planlaşdırır.
Manset.az-ın "Bloomberg" agentliyinə istinadən xəbərinə görə, şirkət rəhbərliyi bəzi menecerlərindən illik xərclərin 20 faiz azaldılmasını tələb edib.
Mənbələr bu qənaətin böyük hissəsinin minlərlə insanın işdən çıxarılması yolu ilə təmin ediləcəyini bildiriblər.
Sözügedən ixtisarların "Disney"in əyləncə parkları, televiziya kanalları və kino studiyaları kimi əməliyyat sahələrində çalışan əməkdaşlara təsir edəcəyi qeyd olunub.
Xatırladaq ki, şirkətin ötən ilki göstəricilərinə əsasən, qlobal miqyasda 231 min işçisi olduğu məlumdur.