İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri yaxınlığında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:21-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Türkiyənin Van vilayətinin Özalp rayonundan 47,59 kilometr məsafədə olub.