logo
logo logo
logo

"İranla müharibənin nə vaxt başa çatacağına özüm qərar verəcəyəm" - Tramp

15:31 - 27 Noyabr 2026

\"İranla müharibənin nə vaxt başa çatacağına özüm qərar verəcəyəm\" - Tramp

ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan müharibənin nə vaxt başa çatacağına “özünün qərar verəcəyini” bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin sosial şəbəkə hesabında yayılan məlumata görə, Prezident Donald Tramp Şükranlıq Günü münasibətilə ABŞ hərbçiləri ilə telefon danışığı zamanı İrana qarşı hərbi əməliyyatları, Yaxın Şərqdəki vəziyyəti və beynəlxalq məsələləri müzakirə edib.

İranla müharibə barədə danışan Tramp qələbənin yaxın olduğunu bildirib.

“Qələbə əlimizin altındadır. Açığını desəm, bu, tamamilə mənim nə vaxt istəməyimdən asılıdır. Biz xoş niyyət nümayiş etdirməyə çalışırıq, onlara fürsət vermək istəyirik. Razılığa gəlmələri və çoxsaylı insan həyatını xilas etmələri üçün onlara hər cür imkan yaradırıq. Lakin bundan istifadə edib-etməyəcəklərinə əmin deyiləm”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp İranın yeraltı nüvə obyektlərinin yerləşdiyindən şübhələnilən Kazma dağı bölgəsinə mümkün zərbələr barədə də danışıb.

“Oranı, şübhəsiz ki, vurarıq. Lakin həmin ərazidə diqqətəlayiq hər hansı fəaliyyət müşahidə etməmişik”, – deyə o bildirib.

ABŞ Prezidenti Yaxın Şərqdə gələcəkdə sülhün bərqərar olmasını istədiyini, lakin əsas məqsədinin İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verməmək olduğunu vurğulayıb.

Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəni başa çatdırmaq istədiyini düşündüyünü də bildirib.

“Putinin müharibənin başa çatmasını istədiyini düşünürəm. Buna inanıram. Əlbəttə, bunun üçün qarşılıqlı səylər tələb olunur. Lakin onun da müharibənin bitməsini istədiyinə inanıram. Düşünürəm ki, qarşı tərəf də müharibənin başa çatmasını istəyir. NATO-nun da müharibənin sona çatmasını arzuladığını deyə bilərəm”, – deyə Tramp qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az