logo
logo logo
logo

Böyük Britaniya müharibəyə hazırlaşır

16:05 - 27 Noyabr 2026

Böyük Britaniya müharibəyə hazırlaşır

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq 100 min ehtiyatda olan keçmiş hərbçiyə mümkün müharibəyə hazır olmaları barədə göndərilən məktubla bağlı açıqlama verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir bu addımı COVID-19 pandemiyası dövründəki hazırlıqsızlıqdan nəticə çıxarması və həmin təcrübəyə uyğun hərəkət etməsi ilə izah edib.

Stritinq LBC radiosuna müsahibəsində Müdafiə Nazirliyi tərəfindən “strateji ehtiyat” statusunda olan 100 min keçmiş hərbçiyə göndərilən məktubu şərh edib. Məktubda onlardan əlaqə məlumatlarını yeniləmələri tələb olunur.

Nazir bildirib ki, bu, əslində, müntəzəm qaydada həyata keçirilməli olan prosedurdur. Onun sözlərinə görə, hazırda bu təşəbbüsə vaxtilə silahlı qüvvələrdə xidmət etmiş və gələcəkdə hərbi münaqişə, müharibə və ya təbii fəlakət baş verəcəyi təqdirdə yenidən xidmətə cəlb oluna biləcək strateji ehtiyat qüvvələri daxildir.

Stritinq həmin şəxslərin ölkə daxilində, müharibə şəraitində isə dünyanın müxtəlif bölgələrində xidmətə göndərilə biləcəyini qeyd edib. O, bütün bu addımların əməliyyat hazırlığının ümumi mənzərəsini tamamlamaq məqsədi daşıdığını bildirib.

“Əgər bunu bu gün etməsəydik, məndən əvvəl müdafiə naziri vəzifəsində çalışmış şəxslər kimi, gələcəkdə mən də müstəqil araşdırma komissiyası qarşısında cavab verməli olardım”, – deyə Stritinq bildirib.

Nazir fikirlərini belə davam etdirib:

“Avropadakı təhdidlərə, NATO-nun və hökumətlərin açıqlamalarına nəzər saldıqda görürük ki, müdafiə xərclərini artırırıq, lakin strateji ehtiyat qüvvələrinə yatırımları artırmırıq. Bəs nə üçün COVID-19 pandemiyasından dərs çıxarmırıq?

2024–2026-cı illərdə səhiyyə naziri vəzifəsində çalışarkən həmin dövrdəki hazırlıqsızlıqdan və dayanıqlılığın olmamasından nəticə çıxardım. İndi isə müdafiə naziri kimi ölkəmizin hazırlıqlı olmasını təmin etmək üçün həmin təcrübədən əldə etdiyim dərsləri tətbiq edirəm”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az