logo
logo logo
logo

Dünyaca məşhur xəbər agentliyi kiberhücuma məruz qaldı

16:20 - 27 Noyabr 2026

Dünyaca məşhur xəbər agentliyi kiberhücuma məruz qaldı

Fransanın Agence France-Presse (AFP) xəbər agentliyinin kiberhücuma məruz qaldığı məlum olub.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, AFP noyabrın 25-dən 26-na keçən gecə kiberhücuma məruz qalıb.

Agentliyin rəhbərliyi tərəfindən yayılan açıqlamada hücumun foto və video materiallarının paylaşıldığı AFP Forum platformasını hədəf aldığı bildirilib.

Açıqlamada hücum aşkar edilən kimi agentliyin əməkdaşlarının platformanı qorumaq məqsədilə onun fəaliyyətini dayandırdığı qeyd olunub.

“Ehtiyat tədbiri olaraq AFP Forum platformasına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb”, – deyə açıqlamada bildirilib.

Kiberhücumla bağlı araşdırmaların davam etdiyi vurğulanan açıqlamada hücumun arxasında duran şəxslərin kimliyi barədə hələlik heç bir məlumatın olmadığı qeyd edilib.

“Hazırkı mərhələdə bu hücumun müəlliflərinin kimliyi barədə hər hansı məlumata malik deyilik”, – deyə agentliyin açıqlamasında bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az