logo
logo logo
logo

Sular çəkildi, 6 il əvvəl batmış kənd üzə çıxdı - FOTOLAR

13:40 - 29 Noyabr 2026

Sular çəkildi, 6 il əvvəl batmış kənd üzə çıxdı - FOTOLAR

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundakı “Karakurt” SES su anbarında suyun səviyyəsinin enməsi nəticəsində əvvəllər su altında qalmış Karakurt kəndi yenidən üzə çıxıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayondan 28 kilometr məsafədə Dövlət Su İşləri (DSİ) tərəfindən inşa edilmiş “Karakurt” SES su anbarı 2020-ci il fevralın 8-də su toplamağa başladıqdan sonra kənd tamamilə su altında qalmışdı.

Son günlər suyun səviyyəsinin azalması və bənd qapılarının qismən açılması ilə sular çəkildikcə kənddəki evlər, məscid, kilsə və bəzi tarixi tikililər görünməyə başlayıb.

Qars–Ərzurum avtomobil yolunun üzərində yerləşən kənddə üzə çıxan binalar dronla lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:








Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az