logo
logo logo
logo

Pulsuzluqdan parkda ağlayan qadın cərimələndi

18:31 - 29 Noyabr 2026

Pulsuzluqdan parkda ağlayan qadın cərimələndi

Almaniyanın Gelzenkirhen şəhərində 31 yaşlı qadın uşaq meydançasında skamyada oturub ağladığı üçün 25 avro cərimələnib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki,  Hana adlı kimya fakültəsinin tələbəsi parkda gəzməyə çıxıb. Skamyada oturaraq xalası ilə telefonla danışarkən təhsil və maddi problemlərinə görə ağlamağa başlayıb. Bu zaman üç ictimai asayiş əməkdaşı ona yaxınlaşıb və meydançada uşaqları olmadığı halda parka gəldiyi üçün cərimə yazıblar.

Qadın belə bir qadağanın mövcudluğundan xəbərsiz olduğunu bildirib və əməkdaşların ona qarşı daha anlayışlı davranmalı olduqlarını deyib.

Gelzenkirhen bələdiyyəsinin qaydalarına əsasən, uşaq meydançalarına yalnız 14 yaşadək uşaqlar və onları müşayiət edən böyüklər daxil ola bilər. Məhdudiyyət təhlükəsizlik məqsədi daşıyır.

Hadisə yerli siyasətçilər arasında da müzakirələrə səbəb olub. Sosial-demokratların nümayəndələri hesab ediblər ki, bu halda cərimə əvəzinə xəbərdarlıqla kifayətlənmək olardı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az