İtaliya A Seriyasında "Milan"ın formasını geyinən forvard Alfadco Sisse karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Manset.az "Report"-a istinadən xəbər verir ki, London təmsilçisi "Çelsi" ilə yanaşı, "Brayton" da 20 yaşlı hücumçunun transferində maraqlıdır.
Oyunçunun "Milan"la müqaviləsinin müddəti 2030-cu ilin yayında başa çatacaq.
Qeyd edək ki, A.Sisse cari mövsüm İtaliya çempionatında 10 matçda meydana çıxıb və 6 qol vurub. Futbolçunun dəyəri 20 milyon avro qiymətləndirilir.