Dünya bazarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.
Manset.az xəbər verir ki, noyabrın 29-da Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların bahalaşması müşahidə olunub.
Ticarət nəticələrinə əsasən, qızılın bir troya unsiyasının qiyməti 103,9 dollar artaraq 3 668,5 dollara çatıb.
Gümüşün bir troya unsiyası isə 3,16 dollar bahalaşaraq 43,7 dollar təşkil edib.