Zelenski rusiyalı əsgərlərin analarına müraciət ünvanladı

09:35 - 04 Aprel 2022

Zelenski rusiyalı əsgərlərin analarına müraciət ünvanladı

Ukrayna Prezidenti Volodimir Zelenski Buçadakı vəhşiliklərlə əlaqədar öz “Telegram” kanalında rusiyalı əsgərlərinin analarına müraciət ünvanlayıb.

 

Manset.az xəbər verir ki, V.Zelenski öz yazısına Buça və Kiyev vilayətinin azad edilmiş digər şəhərlərində mülki əhalinin qarət edilməsi və öldürülməsini əks etdirən fotoşəkilləri əlavə edərək rus hərbçilərinin analarına müraciət edib.

“Rus hərbçilərinin analarına bu fotolara baxmağı məsləhət görürəm. Görün siz necə bir əclaflar yetişdirmisiniz. Onlar qatil, qarətçi, cəlladırlar”, - Zelenski rus dilində yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az