Zelenski Qremmi Musiqi Mükafatları mərasimindən dünyaya səsləndi

11:03 - 04 Aprel 2022

Zelenski Qremmi Musiqi Mükafatları mərasimindən dünyaya səsləndi

Bu axşam ABŞ-da keçirilən 64-cü Qremmi Musiqi Mükafatları mərasimində Ukrayna prezidenti Vladimir Zelenskinin videoyazısı yayılıb.


Manset.az xəbər verir ki, Zelenski mükafatlandırma mərasimində dünyaya müraciət edib:

"Musiqiçilərimiz smokinq yerinə gülləkeçirməz jilet geyinirlər. Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Hətta onları eşitməyənlərə də oxuyurlar. Amma musiqi bütün maneələri dəf edəcək".

Rusiya bombardmanının ölkəsinin küçələrində musiqini susdurduğunu bildirən Zelenski, "Bizə bacardığınız qədər dəstək olun, amma susmayın. Sükutu musiqi ilə doldurun" deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az