Kremlin sözçüsü Dmitriy Peskov Rusiya dövlət kanalı “Rossiya-1”ə açıqlamasında bildirib ki, Rusiya təbii qaz ixracatında tətbiq edilən rubl ödəniş sisteminin digər ixrac məhsullarında da tətbiq olunacağına əmindir.
Manset.az-ın məlumatına görə, Rusiyaya qarşı tarixin ən əhatəli sanksiyalarının həyata keçirildiyinə diqqət çəkən Peskov, “Bu, beynəlxalq ödənişlərin onurğa sütunu olan dollar və avroya inamın aşınmasıdır və aşınma prosesi sürətlənir. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”, - deyə bildirib.
Rusiyanın təbii qaz ixracatından əldə edilən gəlirlərin “ələ keçirilməməsi” üçün rubl ödəmə sisteminə keçdiklərinə diqqət çəkən Peskov, “Bu sistemin gələcəkdə digər mal qruplarına da tətbiq olunacağından şübhəm yoxdur. Xarici ticarət əlaqələrimizdə daha çox yer tutacaq” deyib.