Rusiya Müdafiə Nazirliyi rus ordusunun Buçada mülki vətəndaşları öldürməsi ilə bağlı iddiaları təkzib edib və onların bölgədə qaldıqları müddətdə bir nəfər də olsun mülki vətəndaşın zərər görmədiyini və fotoların fotomontaj olduğunu bildirib.
Manset.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında “Vurğulamaq istərdik ki, Rusiya və Ukrayna arasında Türkiyədə keçirilən üzbəüz danışıqlardan sonra martın 30-da bütün rus qoşunları Buçadan tamamilə çıxarılıb” - deyilib.
Bildirilib ki, Buça və Kiyevin digər ərazilərində Rusiya hərbi mövcudluğu zamanı bir nəfər də olsun mülki şəxs zərər çəkməyib, 452 ton humanitar yardım edilib.
Rusiya ordusunun bölgəyə nəzarət etdiyi dövrdə Buçadan çıxmaq istəyənlər üçün çıxışların açıq olduğu bildirilib: “Eyni zamanda, şəhərin cənub ətrafı, o cümlədən yaşayış məhəllələri Ukrayna hərbçiləri tərəfindən iri çaplı artilleriya, tanklar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri ilə gecə-gündüz bombardman edilib”.
Ukrayna Müdafiə Nazirliyinin paylaşdığı və mülki vətəndaşların cəsədlərinin küçələrdə olan görüntülərinin qiymətləndirilməsini də əhatə edən açıqlamada, "Təəccüblü deyil ki, Buçadakı bütün qondarma cinayət dəlilləri Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna KİV-lərinin nümayəndələri şəhərə gələn dördüncü günə qədər ortaya çıxmadı. Bütün bunlar qəti şəkildə təsdiq edir ki, digər şəhərlərdə olduğu kimi, Buçada da, Mariupoldakı doğum evində də foto və videogörüntülər Kiyev rejiminin Qərb mediası üçün səhnələşdirilmiş istehsalı və təxribatıdır” deyilib.
Rusiya da Buçadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlanılacağını açıqlayıb.