Ukrayna artilleriyaçıları Rusiya qoşunlarının 40-dan çox texnikasını məhv edib.
Manset.az UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə "Vostok" əməliyyat-taktiki qrupu məlumat yayıb.
"Dünən əsgərlərimiz rusların fermada gizlətməyə çalışdıqları avtomobil texnikasının böyük bir hissəsini aşkar ediblər", - deyə məlumatda deyilir.