Çindəki təyyarə qəzası ilə bağlı yeni iddia - Pilot intihar edib

21:59 - 05 Aprel 2022

Çindəki təyyarə qəzası ilə bağlı yeni iddia - Pilot intihar edib

Martın 21-də qəzaya uğrayan Çin Şərqi Hava Yollarına məxsus təyyarə ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Manşet.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

İddia edilib ki, Kunminqdən Quançjouya 132 sərnişin daşıyan təyyarənin pilotu intihar etmək məqsədilə qəzaya səbəb olub.

Hadisə nəticəsində “Boeing 737” meşəlik əraziyə düşüb. Sərnişin təyyarəsində 123 sərnişin və 9 ekipaj üzvü olub.

Rəsmi açıqlamaya görə, təyyarədə olan hər kəs həlak olub.

Ümid edilir ki, qara qutunun oxunması təyyarənin niyə gözlənilmədən burnu üstə şaquli dalğıcla hündürlüyünü itirdiyinə aydınlıq gətirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az