Rusiyanın Ukraynada verdiyi itkilər - YENİ RƏQƏMLƏR

11:50 - 06 Aprel 2022

Rusiyanın Ukraynada verdiyi itkilər - YENİ RƏQƏMLƏR

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın yeni sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın 18 600-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Həmçinin, Rusiya tərəfinin 684 ədəd tankı, 1 861 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 135 ədəd helikopteri, 1 324 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 94 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az