Dünya şöhrətli türkiyəli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamuk evlənib.
Manşet.az xəbər verir ki, o, 10 ildir münasibətdə olduğu Aslı Akyavaşla ailə qurub.
Qeyd edək ki, O.Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. Yazıçı 1982-ci ildə Aylin Türegünlə ailə qurub. Bu izdivacdan cütlüyün Rüya Pamuk adlı qızları var.