ABŞ Ukraynaya kamikadze dronlar təhvil VERDİ

23:23 - 06 Aprel 2022

ABŞ Ukraynaya kamikadze dronlar təhvil VERDİ

ABŞ Ukraynaya 100 ədəd "Switchblade" kamikadze tipli pilotsuz uçuş aparatı təhvil verib.
 
Manşet.az
xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi məlumat verib.
 
Onun sözlərinə görə, amerikalı ekspertlər ABŞ-da olan ukraynalı hərbçilərə dronlardan istifadə edilmə qaydaları ilə bağlı təlim keçib.
 
Dronlar tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub.
 
"Switchblade 600" modeli hədəfin üzərində 40 dəqiqə dayana bilir, 180 km/saat sürətə çata bilir və tankı məhv etməyə qadirdir. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az