Dəhşət!Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ÖLDÜ

23:36 - 06 Aprel 2022

Dəhşət!Mariupolda uşaq xəstəxanasının partladılması zamanı onlarla insan yanaraq ÖLDÜ

Ukraynanın Mariupol şəhərində Rusiya hərbçiləri tərəfindən uşaq xəstəxanasının bombalanması zamanı 50-yə yaxın insan diri-diri yanıb.

Manşet.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası teleqramda məlumat yayıb.

"Bu, Mariupolun mülki əhalisinin məqsədyönlü şəkildə məhv edilməsinin bir nümunəsidir”, - məlumatda deyilir.

Şəhər meri Vadim Boyçenko bildirib ki, yaxın vaxtlara qədər inkişafın simvolu olan Mariupol indi demək olar ki, tamamilə dağıdılıb. O cümlədən, şəhər infrastrukturunun 90%-dən çoxu yerlə-yeksan edilib.

Hazırda Mariupol Şəhər Şurası kommunal və şəxsi mülkiyyətin dağıdılması faktlarını qeydə alan komissiya yaradıb. Bu günə kimi 300-dən çox belə fakt aşkarlanıb.

İlkin hesablamalara görə, blokada ərzində Mariupolda 5 min insan həlak olub, onlardan təxminən 210-u uşaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az