Yunanıstan ABŞ-ın “Ukraynaya Rusiya istehsalı olan silahların göndərilməsi” təklifini rədd edib.
Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Afinada ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ilə görüşən Yunanıstanın müdafiə naziri Nikos Panayatopulos “Yunanıstan öz müdafiə qabiliyyətini güzəştə gedə bilməz” deyib.