Britaniya Vahid Ələkbərova sanksiya tətbiq etdi

15:25 - 13 Aprel 2022

Britaniya Vahid Ələkbərova sanksiya tətbiq etdi

 Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bununla da, Rusiyadan olan daha 206 fiziki və hüquqi şəxs sanksiyalar siyahısına əlavə edilib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovun da adı var.

Xatırladaq ki, “Bloomberg Billionaires Index (BBI)” reytinqinin məlumatına əsasən, ilin əvvəlindən Vahid Ələkbərovun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az