Polşanın paytaxtı Varşavada müharibədən qaçan ukraynalılar üçün fövqəladə qərar qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın paytaxtı Varşava şəhərinin meri Rafal Trzaskowski Rusiyanın diplomatik nümayəndəliklərinin uzun illər istifadə etdiyi şəhərciyin ələ keçirildiyini açıqlayıb.
Varşavalılar arasında "Casus şəhər" kimi tanınan kampusun ukraynalı sığınacaq axtaranların istifadəsinə veriləcəyi bildirilib.