Deputatı öldürən şəxsə ömürlük həbs cəzası verildi

17:05 - 13 Aprel 2022

Deputatı öldürən şəxsə ömürlük həbs cəzası verildi

2021-ci il oktyabrın 15-də İngiltərədə Mühafizəkarlar Partiyasının deputatı Devid Emsi öldürən Əli Hərbi Əli ömürlük həbs cəzasına məhkum edilib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, paytaxt Londondakı Old Bailey Məhkəməsində keçirilən iclasdan sonra hakim Naycel Svini müttəhimə ömürlük həbs cəzası verildiyini açıqlayıb.

Millət vəkili Amessin itkisini “milli itki” kimi xarakterizə edən hakim Svini “Bu, demokratiyamızın ürəyinə zərbə vuran bir qətl idi” deyib. 

Yerli mətbuatın məlumatına görə, Əli dinləmədə qətlə görə peşman olmadığını bildirib və deputat Amessin 2014 və 2015-ci illərdə Suriyaya hava hücumları üçün parlamentdə səs verdiyi üçün ölməyə layiq olduğunu müdafiə edib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az