Cənubi Afrika Respublikasının Durban şəhəri və ona bitişik KvaZulu-Natal əyalətində daşqınlar və torpaq sürüşmələri azı 259 nəfərin həyatına son qoyub.
Manşet.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.
Yağıntının azalacağını gözləyən meteoroloqların proqnozları özünü doğrultmayıb. Durbanda təbii fəlakət baş verib, şəhərin əhalisinə və infrastrukturuna ziyan dəyib.
KvaZulu-Natal əyalətində qatarların hərəkəti dayandırılıb. Durbanda metro stansiyaları və magistral yolları su basıb. Sel bir çox evi və körpünü uçurub.