Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını deyir. Mən mütəmadi olaraq Zelenski və Putinlə telefonla danışıram.
Manset.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”, - Ərdoğan qeyd edib.