Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu

07:32 - 19 Aprel 2022

Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldu

Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Manset.az ABŞ Geoloji xidmətinin məlumatına istinadən xəbər verir.

Qeyd olunub ki, yeraltı təkanların episentri adanın əsas limanı olan Davao şəhərindən 128 kilometr qərbdə yerləşib. Zəlzələnin ocağı 39,2 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az