Ukrayna prezidenti Vladimir Zelenskinin məşhur K-pop mahnısı “Gangnam Style”ı parodiya etdiyi video “Tiktok”da yayılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, keçmiş komediyaçı reklam çarxında məşhur K-pop rəqsinin hərəkətlərini təkrarlayır.
“Djuice Style” adlı videoda Zelenski və “Kvartal95” komediya qrupunun üzvləri yer alıb.
Mədəniyyət-sənət məzmunu ilə tanınan xəbər saytında qeyd edilib ki, sözügedən video Ukraynanın “Djuice” şirkəti üçün təxminən 10 il əvvəl hazırlanıb.