İnfarkt keçirdiyi deyilən Şoyqu ortaya çıxdı - VİDEO

11:17 - 21 Aprel 2022

İnfarkt keçirdiyi deyilən Şoyqu ortaya çıxdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kremldə müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

 

Manset.az xəbər verir ki, Şoyqu dövlət başçısına Ukraynada aparılan xüsusi hərbi əməliyyatla bağlı məlumat verib.

Qeyd edək ki, Şoyqu infarkt keçirdiyi və reanimasiyaya yerləşdirildiyi barədə yayılan məlumatdan sonra ilk dəfə kameralar qarşısına keçib.

Belə ki, Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin bildirmişdi ki, S. Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az