ABŞ-nin nüfuzlu “New York Times” qəzeti ABŞ kəşfiyyatının Ukraynaya kömək etdiyini iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ tərəfindən Ukrayna ordusuna real vaxt rejimində verilən kəşfiyyat məlumatlarına Rusiya ordusunun tez-tez dəyişən mobil qərargahının yeri və Rusiyanın gizli müharibə planından irəli gələn qoşunların hərəkəti daxildir.
NYT-nin xəbərlərinə əsasən, müharibədə həyatını itirən 12 rusiyalı generaldan bəziləri ABŞ-ın Ukraynaya verdiyi kəşfiyyat məlumatları sayəsində öldürülüb.
Adı açıqlanmayan mənbələrdən alınan məlumatlara əsaslanan xəbərdə ABŞ kəşfiyyatının köməyi ilə neçə rus generalının öldürüldüyü və qoşunların hərəkəti ilə bağlı məlumatların necə əldə edildiyi barədə təfərrüatlar yer almayıb.