Türkiyənin Osmaniye şəhərində bədbəxt hadisə baş verib.
Manset.az "Haber Global"a istinadla xəbər verir ki, Kesikkeli kəndində toyda açılan atəş nəticəsində güllə zurna ifaçısına dəyib.
Xəstəxanaya aparılan 41 yaşlı Emre Tıptaşın həyatını xilas etmək mümkün olmayıb.