Ukraynadakı müharibədə ölən uşaqların sayı AÇIQLANDI

15:20 - 05 May 2022

Ukraynadakı müharibədə ölən uşaqların sayı AÇIQLANDI

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində bu günə qədər 220-dən çox uşaq həlak olub.

 

Manset.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın insan haqları üzrə ombudsmanı Lyudmila Denisova 24 fevral tarixindən etibarən 221 uşağın öldüyünü və 408-nin yaralandığını açıqlayıb.

“İşğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”, - deyə Lyudmila Denisova öz teleqram kanalında yazıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az