"Rusiya-Ukrayna müharibəsin gözlənildiyindən daha uzun çəkdi".
Manşet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən deyib.
Rusiyanın Ukraynadakı əməliyyatının bu şəkildə uzun müddət davam edəcəyini düşünmədiyini vurğulayan Lukaşenko müharibəni dayandırmaq üçün hər şeyi etdiyini deyib.
Ukraynanın Rusiyanı təxribata çəkdiyini, lakin Belarusun sülh tərəfdarı olduğunu ifadə edən Lukaşenko belə davam edib:
"Biz heç bir müharibəni qəti şəkildə qəbul etmirik. Biz müharibə olmasın deyə hər şeyi etmişik və edirik. Sizin və mənim sayəmizdə Ukrayna ilə Rusiya arasında danışıqlar başlayıb. Bununla belə, ərazisi müharibə şəraitində olan Ukrayna niyə hərbi əməliyyatlar aparır? Ukrayna niyə bu danışıqlarda maraqlı deyil?”
"Biz kimin bizə qarşı olduğunu bilirik, ona görə də bu cür qarşıdurmaya başlaya bilmərik. Burada (Qərbdə) müharibə olması qətiyyən Belarusun marağı deyil. Qərb rahat yata bilər”, - Belarus silahlı qüvvələrinin dünən başladığı təlimlərlə heç kimin təhdid olunmadığını bildirən Lukaşenko bildirib.
Nüvə silahından istifadənin qəbuledilməz olacağını vurğulayan Lukaşenko Rusiyanın belə planlarının olub-olmadığını deyə bilməyəcəyini qeyd edib.