SON DƏQİQƏ: Rusiya Moldovaya bu tarixdə hücum edə bilər

20:33 - 05 May 2022

SON DƏQİQƏ: Rusiya Moldovaya bu tarixdə hücum edə bilər

Rusiya Moldovanı işğal etmək üçün plan hazırlayıb.

Manşet.az xəbər verir ki, bu barədə əks-kəşfiyyat mənbələrinə istinadən “Kanal 24” məlumat yayıb.

İşğalın tarixi mayın 9-u və ya yaxın günlərdən biri ola bilər və buna səbəb Rusiya tərəfindən Dnestryanı bölgənin müstəqilliyinin tanınmasıdır.

Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində “ikinci cəbhə”yə gətirib çıxaracaq.

"İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir, çünki o, Ukrayna Silahlı Qüvvələrinin insan ehtiyatlarını və texnikasını bir yerə cəmləşdirəcək. Üstəlik, əks-kəşfiyyat rəsmiləri Rusiya qoşunlarının bu regionda olmasının Balkanlarda siyasi vəziyyəti pozacağını bildiriblər”, - məlumatda deyilir.

Bildirilir ki, Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır. Eyni zamanda Krımdan təyyarələr və helikopterlər uçacaq.

Həmçinin Rusiya Odessa vilayətinin Belqorod-Dnestrovski və Saratski rayonlarına qoşun yerləşdirməyə, sonra isə Dnestryanı əraziyə girməyə cəhd edə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az