Putin İsrail baş nazirindən üzr İSTƏDİ

20:55 - 05 May 2022

Putin İsrail baş nazirindən üzr İSTƏDİ

İsrailin baş naziri Naftali Bennet və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

Bəyanatda deyilir ki, Bennet və Putin telefon danışığı zamanı “Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər”. “Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az