Nyu-Yorkda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayı ARTDI

21:23 - 05 May 2022

Nyu-Yorkda COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilənlərin sayı ARTDI

ABŞ-ın Nyu-York ştatında COVID-19 səbəbilə xəstəxanada 2 119 nəfər müalicə olunur.

Manşet..az xəbər verir ki, bu barədə ştatın qubernatoru Keti Hokul bildirib.

Onun sözlərinə görə, yoluxma hadisələri və xəstəxanaya yerləşdirilmələrin sayında artım nəzərə çarpır:

“Bunu ciddi qəbul edirik, amma təşvişə düşmürük”.

Bu, bir ay əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə çoxdur.

Keçən həftə Nyu-Yorkda COVID-19 xəbərdarlığı səviyyəsi “aşağı”dan “orta”ya qaldırılıb.

Ötən ilin sonunda “Omikron” variantına görə ölkədə yoluxmaların sayı pik həddə çatanda Nyu-Yorkda xəstəxanaya yerləşdirilənlərin sayı 13 minə yüksəlmişdi.

Con Hopkins Universitetinin məlumatlarına görə, Nyu-Yorkda indiyədək koronavirusa yoluxanların ümumi sayı 5 000 200 minə çatıb, həyatını itirənlərin sayı isə 68 mini keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az